Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ermənistanın baş naziri Nikol Paşinyan bir ay ərzində ikinci dəfə məzuniyyətə çıxıb: bu dəfə avqustun 15-dək.
Tezadlar.az xəbər verir ki, bu barədə iyulun 28-də Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Bundan əvvəl Paşinyan iyulun 18-dən 23-dək məzuniyyətdə olub.
“Ermənistanın baş naziri Nikol Paşinyan iyulun 28-dən avqustun 15-dək məzuniyyətdə olacaq”, – məlumatda deyilir.
Bundan əvvəl məlum olub ki, Paşinyan Ermənistan ərazisinin bir hissəsini ABŞ-a icarəyə verməyə hazırdır. Sənəd “Tramp körpüsü” adlı nəqliyyat marşrutunun yaradılmasını nəzərdə tutur.
Onun uzunluğu 42 kilometr olacaq — dəhliz Sünikdən keçərək Azərbaycanı Naxçıvanla birləşdirməlidir.
ABŞ Zəngəzur dəhlizinin 100 illik icarə müqaviləsi imzalamaq niyyətindədir. Bu məsələdə ölkə yalnız bir məqsəd güdür – Bakı ilə İrəvan arasında sülh danışıqlarını irəli aparmaq. Ərazi “nüfuzlu özəl Amerika şirkətinə” keçə bilər.
Hələ mart ayında Ermənistanın baş naziri Azərbaycanla sülh müqaviləsini imzalamağa hazır olduğunu bəyan etmişdi. O qeyd edib ki, Bakı ilə İrəvan arasında sülh müqaviləsi 17 maddədən ibarətdir.
E.ŞİRİNOV