PAŞİNYAN BİR ŞƏRTLƏ AZƏRBAYCANLA MÜQAVİLƏ İMZALAMAĞA RAZI OLUB

Oxunma sayı: 15

Ermənistan Azərbaycana sazişin iki bəndi üzrə təkliflər göndərib

İrəvan Bakıya sülh sazişi layihəsinin razılaşdırılmamış iki bəndi üzrə təkliflər göndərib və müsbət cavab olarsa, onu imzalamağa hazırdır.

Tezadlar.az “Armenpress”-ə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

“Biz sülh müqaviləsinin razılaşdırılmamış iki maddəsinin həllini təklif etmişik və Azərbaycan müsbət cavab verərsə, onu imzalamağa hazırıq”, – Paşinyan bildirib.

O əlavə edib ki, Azərbaycanın Ermənistanla bağlı öz anlayışı var və İrəvanın Bakını özünəməxsus şəkildə qəbul etməsi – bu, uzun illər münaqişəyə səbəb oldu.

E.ŞİRİNOV

Xəbəri paylaş

26 Aprel