O, Müstəqillik Bəyannaməsinə istinadları Ermənistan konstitusiyasına daxil etməməyə çağırıb
Ermənistanın yeni Konstitusiyasında Dağlıq Qarabağın adı çəkilən Müstəqillik Bəyannaməsinə istinadlar ola bilməz.
Tezadlar.az TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, bəyannamənin mətnində Ermənistanın müstəqilliyi və dövlətçiliyi istisna edilir.
“Və bunu deyirəmsə, bu o deməkdir ki, Ermənistanın yeni Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinadın olması lazım olduğunu deyə bilmərəm. Əksinə, deyə bilərəm ki, Ermənistanın yeni Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır”, — Paşinyan qərarın Ermənistan xalqının ixtiyarında olduğunu qeyd edib.
Bundan əvvəl Ermənistanın baş naziri bəyan etmişdi ki, ölkə vətəndaşları daha Qarabağın respublikaya birləşdirilməsini müdafiə etməməlidir. O, bəyan edib ki, Ermənistan 1988-ci ildə Dağlıq Qarabağın ölkəyə birləşdirilməsi üçün başlayan Qarabağ hərəkatını davam etdirməməlidir. Onun sözlərinə görə, bu hərəkat əvvəllər Ermənistan dövlətçiliyinin qurulmasına mane olmaq üçün istifadə olunub.
O, həmçinin bildirib ki, Ermənistanın yeni Konstitusiyasının məqsədi “vətənsiz millətin relikt davranışından” xilas olmaqdır. Paşinyan ölkədə konstitusiya referendumunun keçirilməsini əvvəlki referendumların legitim olmamasından xilas olmaq zərurəti ilə izah edib.
ELBAR