Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsinin imzalanmasına və təsdiqlənməsinə diqqət yetirməyin vacibliyini bildirib.
Tezadlar.az xəbər verir ki, o, bunu sosial media hesabında açıqladı.
“Mənim başa düşdüyüm odur ki, yaxın gələcəkdə Azərbaycanla paraflanmış sülh müqaviləsinin imzalanmasına və təsdiqlənməsinə diqqət yetirməliyik”, – deyə Nikol Paşinyan qeyd edib.
Ermənistan hökumətinin başçısı, həmçinin əlavə edib ki, bu müqavilənin imzalanması uzunmüddətli perspektivdə Ermənistanın dövlətçiliyini gücləndirəcək.
JASMİN







