Əsas məzmuna keç

Paşinyan Ermənistanın Rusiya ilə münasibətlərini dərinləşdirmək istəyir

Ermənistanın Baş naziri Nikol Paşinyan Yerevanın Moskva ilə münasibətlərini inkişaf etdirmək və dərinləşdirmək niyyətində olduğunu açıqlayıb.

Tezadlar.az xəbər verir ki, o, bu açıqlamanı “İzvestiya”ya müsahibəsində bildirib.

Ermənistanın Baş naziri ölkənin balanslaşdırma siyasəti yürütdüyünü və xarici əlaqələri genişləndirməyə çalışdığını qeyd edib. Eyni zamanda, o, Rusiya ilə münasibətlərin obyektiv dəyişikliklərə məruz qaldığını qeyd edib.

Paşinyan xatırladıb ki, Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olmasından əvvəl Yerevan və Moskva arasında qarşılıqlı əlaqə təhlükəsizlik məsələlərinə yönəlmişdi. İndi isə o, bu münasibətlərin transformasiya gözlədiyini bildirib. O, həmçinin vurğulayıb ki, Yerevan Moskva ilə konstruktiv əməkdaşlığa sadiqdir və təkcə transformasiyada deyil, həm də dostluq münasibətlərinin dərinləşdirilməsində maraqlıdır.

Paşinyan daha əvvəl Rusiya ilə Ermənistan arasındakı münasibətlərdə çoxsaylı problemlərin olduğunu bildirib. O, əlavə edib ki, ölkələr münasibətlərini qiymətləndirir və müxtəlif müzakirələr davam edir və ya başlayır.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…