Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Dünən Tehranda İranın yeni seçilmiş prezidentinin andiçmə mərasimində iştirak edən Ermənistanın Baş naziri Nikol Paşinyanın diplomatiya yaraşmayan hərəkəti erməni mətbuatında ciddi tənqidə, hətta təhqirə məruz qalıb. Belə ki, Paşinyan mərasim zamanı telefonla oynayıb.
news.am saytı xəbər verir ki, Paşinyanın bu hərəkətini barədə Ermənistanın Respublika Partiyasının vitse-sədri Armen Aşotyan Facebook səhifəsində bildirib. “Bu idiot diplomatiyanın nədən ibarət olduğunu, mədəniyyətin nə olduğunu, tərbiyənin nə olduğunu, məsuliyyətin nə olduğunu heç vaxt başa düşməyib. Şərqdə bu cür hörmətsizlik və tərbiyəsizlik halları unudulmur və bağışlanmır”, – deyə o qeyd edib.
Şakir QURBANOV