Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
23 Aprel 2026 / 14:31

Paşinyan keçmiş arvadı ilə görüşmək istəyir, amma…- BARIŞIQ OLACAQMI?

Xeyli fasilədən sonra Ermənistanın Baş naziri Nikol Paşinyan keçmiş həyat yoldaşı Anna Akopyanla yenidən görüşmək istəyir. O, bu məsələdən danışıb. Ermənistan mediasının xəbərinə görə, Paşinyan bu gün hökumətin iclasından sonra jurnalistlərlə keçirdiyi brifinqdə bildirib ki, ailənin yenidən birləşməsi üçün səylər göstərir və belə bir imkanın yaranmasından məmnundur. Sitat: “Anna açıqlama verəndə mən bu qərara hörmət etdiyimi bildirdim, amma bu qərarla razı olduğumu demədim və təbii ki, bu məntiqlə qeyd etdiyiniz tədbirin baş tutması üçün də səylər göstərdim. Bunun baş verməsindən məmnunam və ailəmizi qorumaq üçün daha bir şansım olduğuna görə xoşbəxtəm”.

Nikol Paşinyan Gümrüdə avtomobil yürüşündə Anna Akopyanla birlikdə iştirak edib. Ermənistan mediası isə ər-arvada “mehriban düşmənlər” adlandırıb.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!