Əsas məzmuna keç

Paşinyan məhkəməyə xərəkdə gətirilən Xaçatryanı “simulyant” adlandırıb

Ermənistanın baş naziri Nikol Paşinyan keçmiş maliyyə naziri Qaqik Xaçatryanın həbsinin  görüntülərindən məmnunluğunu bildirib.

“Siz Qaqik Xaçatryanın utancverici vəziyyətindən danışırsınız. Düşünürəm ki, utancverici adlandırdığınız görüntülər bir çox Ermənistan vətəndaşı üçün Ermənistanda ədalət vədlərinin, nəhayət yerinə yetirildiyini göstərir… Şok adlandırdığınız görüntülərə, ölkəyə ədalətin gələcəyinə ümid deyirəm”, – deyə Paşinyan bildirib.

Onun sözlərinə görə, bu görüntüləri görən hazırkı və keçmiş korrupsioner məmurlar heç kimin ədalətdən qaçmayacağına əmin olmalıdırlar.

Baş nazir bildirib ki, hakimiyyət Ermənistandan milyardlarla pul oğurlayanların hamısına onları geri qaytarmaq üçün vaxt verib.

O qeyd edib ki, ölkədən milyardlarla pul oğurlayanların əlilliklərini əsas gətirərək məsuliyyətdən qaça bilməyəcəklər.

qaqik
(foto – Qaqik Xaşatryan)

“Əvvəla, inanıram ki, əgər bu hərəkətlərin əsaslandırılması ona aydın olmasaydı, hüquq-mühafizə sistemimiz tədbir görməzdi. Əksinə, xərək tutan zabitlərdən tutmuş hüquq-mühafizə sistemimizin bütün üzvlərinə, bu simulyantı (özünü qəsdən xəstə, zəif və ya zədəli göstərən -red) təyinat yerinə çatdırdıqlarına görə təşəkkür etmək istəyirəm”, – deyə Ermənistanın baş naziri bildirib.

Paşinyan bildirib ki, hakimiyyət qanunsuz əmlak əldə edənlərin hamısını qətiyyətlə cəzalandıracaq.

Xatırladaq ki, bundan əvvəl İrəvan məhkəməsi  Xaçatryan üçün iki aylıq məhkəməyəqədər həbs qərarı vermişdi.

İki gün öncə Xaçatryan məhkəməyə xərəkdə gətirilib.

Vəkillərinin sözlərinə görə, Xaçatryana 2015-ci ildə onurğa stenozu diaqnozu qoyulub.

Xatırladaq  ki, Xaçatryan rüşvətxorluqda, çirkli pulların yuyulmasında və qanunsuz əmlak əldə etməkdə ittiham olunur.

Rüşvətxorluq və külli miqdarda çirkli pulların yuyulması ilə bağlı cinayət işi çərçivəsində Xaçatryan və oğlunun mənzillərində, eləcə də onlarla əlaqəli 20-dən çox şirkətin ofis və filiallarında axtarışlar və digər prosedur tədbirləri aparılıb.

İyul ayında Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi prokurorluğun onun oğlu və qardaşı oğlu Artem və Aram Xaçatryanların həbsi ilə bağlı vəsatətini təmin edib.

Onlar qiyabi həbs ediliblər. Xaçatryan özü artıq vəzifə səlahiyyətlərindən sui-istifadə, mənimsəmə, çirkli pulların yuyulmasında iştirak və korrupsiya ittihamları ilə istintaq altında idi.

Xaçatryan və qohumları ilə bağlı istintaqların bir hissəsi olaraq prokurorluq 210 əmlakın, 13 nəqliyyat vasitəsinin, 29 şirkətdəki səhmlərin və ümumilikdə 33 milyard dram (təxminən 85 milyon dollar) məbləğində nağd pulun müsadirə edilməsini tələb edir.

Xüsusilə, 2024-cü ilin iyul ayında Xaçatryan ailəsinin Los-Ancelesdəki malikanəsi müsadirə edilib.

 

JASMİN

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…