Siyasi analitik Argişti Kiviryan növbəti dəfə Ermənistanın xilaskar baş nazirinin erməni kilsəsinə hücum edəcəyini, II Qaragünü və hətta kilsəni yandıra biləcəyini bildirib.
Tezadlar.az xəbər verir ki, bu barədə hərbi ekspert Ədalət Verdiyev sosial media hesabında qeyd edib.
Argişti Kiviryan: “Paşinyan Müqəddəs Eçmiədzin Ana Taxtına fiziki hücum edə bilər. Paşinyanın heç bir maneəsi yoxdur və əgər o, bütün ermənilərin katolikosu II Qaragünü həbs etmək qərarına gəlsə, bunu edəcək. Əgər Nikol Eçmiədzini yandırmaq qərarına gəlsə, bunu da edəcək”.
Ədalət Verdiyev xatırladıb ki, daha əvvəl Xankəndidə yanacaqdoldurma məntəqəsini də ermənilər özü yandırmışdı, Azərbaycan isə söndürmüşdü.
JASMİN