Əsas məzmuna keç

Paşinyan Putinlə görüş planlarından danışıb

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırdığını açıqlayıb.

Görüş Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində baş tutacaq.

Tezadlar.az xəbər verir ki, TASS-ın məlumatına görə, Paşinyan 2025-ci il sentyabrın sonunda Rusiyaya səfər etmək niyyətini də təsdiqləyib.

Qeyd edək ki, ŞƏT sammiti Pekində keçiriləcək. Təşkilat bir sıra Avrasiya dövlətlərini birləşdirir və təhlükəsizlik, iqtisadi əməkdaşlıq və regional sabitlik məsələlərinin müzakirəsi üçün mühüm platforma rolunu oynayır.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…