Azərbaycanla münaqişə uzun müddətdir ki, Ermənistanın Rusiya ilə münasibətlərində əsas amil olub.
Tezadlar.az xəbər verir ki, newsarmenia.am saytının məlumatına görə, Baş nazir Nikol Paşinyan BMT Baş Assambleyasındakı çıxışı zamanı bu amili iki ölkə arasında münasibətlərin dəyişməsi kimi müəyyən edib.
Siyasətçi bildirib ki, “Əvvəlki dövrdə Ermənistanla Azərbaycan arasındakı münaqişə Ermənistanla Rusiya arasındakı münasibətlərə təsir edən ən böyük amil olub”.
O əlavə edib ki, məhz buna görə də iki ölkə arasındakı münasibətlər hazırda dəyişir.
Daha əvvəl Rusiya prezidenti Vladimir Putin Rusiya bazasını Ermənistan ərazisindən çıxarmağı təklif etmişdi. O, Rusiyanın heç vaxt tərəfdaşlarına hərbi mövcudluq tətbiq etmədiyini vurğulayıb.
ELBAR







