Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya müraciət edərək Azərbaycan və Türkiyə sərhədlərinə aparan dəmir yolunun hissələrini bərpa etməyi xahiş edib.
“Mən rusiyalı tərəfdaşlarımızdan Yerasxdan Azərbaycan sərhədinə və Axurikdən Türkiyə sərhədinə qədər dəmir yollarının tam bərpasını təcili olaraq həyata keçirmələrini xahiş etdim”, – Tezadlar.az xəbər verir ki, TASS agentliyi Paşinyandan brifinq zamanı sitat gətirib.
E.ŞİRİNOV







