Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla telefonla danışıb.
Kremlin məlumatına görə, söhbət İrəvanın təşəbbüsü ilə baş tutub.
TEZADLAR.AZ Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığında ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffla söhbətin nəticələri və ABŞ prezidenti Donald Trampla Alyaskada keçiriləcək görüşə hazırlıq barədə danışıb.
“Vladimir Putin, öz növbəsində, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff ilə söhbətin əsas nəticələri və Alyaskada Donald Trampla görüşə hazırlıq barədə danışıb”, – məlumatda deyilir.
Ermənistanın baş naziri Ukrayna böhranının sülh yolu ilə həllinə yönəlmiş addımları alqışlayıb.
Qeyd edilir ki, Nikol Paşinyan avqustun 8-də Vaşinqtonda ABŞ prezidenti Donald Tramp və Azərbaycan prezidenti İlham Əliyevlə görüşün nəticələri barədə Putini ətraflı məlumatlandırıb. Rusiya prezidenti, həmçinin İrəvanla Bakı arasında davamlı sülhün təmin edilməsi istiqamətində atılan addımların vacibliyini qeyd edib.
Məlumatda o da deyilir ki, Putin Paşinyanla söhbətində Rusiyanın İrəvanla Bakı arasında münasibətlərin normallaşmasına dair üçtərəfli razılaşmaları həyata keçirmək üçün köməyə hazır olduğunu vurğulayıb…
JASMİN