Əsas məzmuna keç

PAYTAXTDA AVTOBUS VƏ “BMW”-NİN TOQQUŞMASI NƏTİCƏSİNDƏ 3 NƏFƏR XƏSARƏT ALIB

Moskvanın Vozdvijenka küçəsində BMW və avtobusun toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.

Tezadlar.az xəbər verir ki, bu barədə paytaxtın Dövlət Yol Müfəttişliyi məlumat yayıb.

“BMW markalı avtomobilin sürücüsü ictimai nəqliyyat dayanacağında dayanmış avtobusu vurub, ardınca avtomobildə yanğın baş verib”, – şöbədən aydınlıq gəlib.

Məlumata görə, iki zərərçəkən ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…