Əsas məzmuna keç

Paytaxtda hava kəskinləşir: Səhərə qədər güclü yağış yağacaq

Screenshot com.android.chrome edit

Həftə sonu ölkə ərazisində hava şəraiti kəskin dəyişəcək və qeyri-sabit keçəcək. Milli Hidrometeorologiya Xidməti fasilələrlə leysan yağacağı, güclü külək əsəcəyi barədə xəbərdarlıq edib.

Təzadlar.az  Xəbər verir ki, Qurumun rəis müavini Gülnarə Abbasova bildirib ki, iyunun 26-sı günortadan sonra Bakıda yağış başlayacaq. İyunun 27-si axşamdan növbəti günün səhərinədək Abşeron yarımadasında intensiv leysan xarakterli yağıntı gözlənilir. İyunun 28-də isə paytaxtda güclü şimal-qərb küləyi əsəcək.

Bölgələrdə də qeyri-sabit hava şəraiti iyunun 29-dək davam edəcək. Bəzi yerlərdə şimşək çaxacaq, dolu düşəcək və güclü yağış yağacaq. Dağ çaylarında sululuq artacaq, qısamüddətli sel və daşqın təhlükəsi yaranacaq.

Beləliklə, iyunun son günlərində təbiət hadisələrinin fəsadlar törətməməsi üçün hər kəs ehtiyatlı olmalıdır

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…