Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İstintaqın qənaətinə görə, o, uşaq və yeniyetmələrin cinsi istismarı şəbəkəsinə rəhbərlik edib.
Tezadlar.az xəbər verir ki, “Mirror”-un verdiyi məlumata görə, San Paulo hava limanında polis təyyarədə pedofiliyada şübhəli bilinən 60 yaşlı LATAM pilotunu həbs edib.
“Təhlükəsizlik kəmərlərinizi bağlayın” adlandırılan əməliyyat təyyarənin Rio-de-Janeyroya yola düşməsindən bir neçə dəqiqə əvvəl, şoka düşmüş sərnişinlərin gözü qarşısında baş tutub.
Müstəntiqlərin sözlərinə görə, təxminən 28 il LATAM-da işləyən Serxio Antonio Lopes ən azı səkkiz il fəaliyyət göstərən uşaq və yeniyetmələrin cinsi istismarı şəbəkəsinə rəhbərlik edib.
Polis hesab edir ki, pilot dəfələrlə azyaşlı qızları saxta sənədlərdən istifadə edərək motellərə aparıb. Qurbanlardan biri səkkiz yaşından zorakılığa məruz qalmağa başlayıb.
“Uşaqlarla görüşə bildikdə onları təcavüz edib”, – deyə şöbə müdiri İvalda Aleixo mətbuat konfransında bildirib.
Lopeslə yanaşı, öz nəvələrini cinsi istismar üçün təmin etməkdə ittiham olunan 55 yaşlı bir qadın da həbs edilib.
Lopesin telefonunda aparılan axtarış zamanı təkcə San-Pauludan deyil, həm də Braziliyanın digər ştatlarından olan qurbanların təsvir olunduğu materiallar aşkar edilib.
E.ŞİRİNOV