Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Gecə yuxusunda pensiya pulunu görənlərə şad xəbər var: vəd verildiyi kimi, bu gün pensiyaların yeni artımla birgə ödənilməsinə başlanılıb… Tezadlar.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi (ƏƏSMN) qabaqlayıcı məlumat da yaymışdı… Bildirilirdi ki, ilin əvvəlindən indeksləşdirilməklə 9,3 faiz artırılmış pensiyalar yanvar ayının artımı da əlavə olunmaqla veriləcək. Qrafikə uyğun olaraq bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar ödəniləcək. Respublikamızın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyalarının ödənişi də bu ay qrafik üzrə həyata keçiriləcək.
Səbuhi