Əsas məzmuna keç

PENTAQON COVID-İN YAYILMASI İLƏ BAĞLI MƏLUMATLARDA SƏHVLƏRİ ETİRAF EDİB

ABŞ Müdafiə Nazirliyi Filippində Çinin Sinovac koronavirus peyvəndini gözdən salmaqla məşğul olduğunu etiraf edib.

Tezadlar.az bu barədə “Reuters”ə istinadən xəbər verir.

“Doğrudur, Pentaqon Filippin auditoriyasına Sinovacın təhlükəsizliyini və effektivliyini şübhə altına alan mesajlar göndərdi”, — agentlik ABŞ Müdafiə Nazirliyinin sənəd mətnindən sitat gətirir.

Sənədə əsasən, Amerika tərəfi sonradan belə qənaətə gəlib ki, vaksinlərin nüfuzdan salınması kampaniyası ABŞ-ın prioritetlərinə uyğun gəlmir. O qeyd edib ki, ABŞ ordusu Filippin tərəfini “2021-ci ilin avqustunda COVID-19 və COVID-19 peyvəndlərinin mənşəyi ilə bağlı məlumatların yayılmasını dayandırdığını” bildirib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…