Əsas məzmuna keç

PESKOV: KREML DƏFƏLƏRLƏ BİLDİRİB Kİ, YENİ SƏFƏRBƏRLİK DALĞASI MÜZAKİRƏ OLUNMUR

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün jurnalistlərə bildirib ki, yeni səfərbərlik dalğası ilə bağlı Kremlin mövqeyi dəyişməz olaraq qalır: bu məsələ ilə bağlı heç bir müzakirə aparılmır.

“Biz səfərbərliklə bağlı bu suala dəfələrlə cavab vermişik. Bu məsələ ilə bağlı heç bir müzakirəmiz yoxdur”, – deyə o, müvafiq sualı cavablandırıb.

Bölgələrdəki hərbi komissarlıqların məlumatları dəqiqləşdirmək üçün çağırış vərəqələri verməsi ilə bağlı xəbərlər fonunda jurnalistlər Kreml nümayəndəsinə bu barədə sual veriblər.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…