Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, hazırda Kremlin bir çox əməkdaşı qripə yoluxub.
Eyni zamanda, Kremlin sözçüsü qripin “ilk dəfə deyil” olduğunu, rusların “uzun illərdir” qriplə yaşadığını və təbii ki, bütün lazımi tədbirləri gördüyünü vurğulayıb.
“Amma həqiqətən çox insan xəstələnir. Bizim işimizdə də (Kremldə – red.) çox insan xəstələnir”, – Rusiya liderinin mətbuat katibi bildirib.
Daha əvvəl professor və Rusiya Elmlər Akademiyasının müxbir üzvü Petr Çumakov tibbi maskanın qripdən effektiv qorunma vasitəsi olduğunu, çünki koronavirusdan fərqli olaraq onun orta yoluxuculuq dərəcəsinə malik olduğunu bildirib.
E.ŞİRİNOV