Əsas məzmuna keç

PESKOV LUQANSKA SƏFƏR EDİB

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Donbasda olub, orada media və mətbuat xidmətlərinin nümayəndələri üçün treninq keçirib.

Bu barədə Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko “Znanie” cəmiyyətinin tədbirində bildirib.

“Bu gecə Luqanskdan qayıdan Dmitri Sergeyeviçə təşəkkür edirəm, orada Luqansk və Donetsk Xalq Respublikalarının media və mətbuat xidmətlərinin nümayəndələri üçün təlim proqramı keçirib”, – Kiriyenko bildirib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…