Peskov: Putin Əliyevlə “bütün aktual məsələləri” müzakirə edib

Rusiya liderinin mətbuat katibi söhbət zamanı Bakıda saxlanılan ruslarla bağlı mövzunun qaldırılıb-qaldırılmaması ilə bağlı sualı belə cavablandırıb

Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyevin görüşündə Rusiya-Azərbaycan münasibətlərində bütün aktual məsələlər qaldırılıb.

Tezadlar.az xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov “Vedomosti”yə söhbət zamanı Bakıda saxlanılan rusların mövzusunun qaldırılıb-qaldırılmaması ilə bağlı sualı cavablandırarkən deyib.

“Söhbət zamanı gündəmdəki bütün aktual məsələlər müsbət mənada qaldırıldı”, – Kreml sözçüsü bildirib.

E.ŞİRİNOV

Xəbəri paylaş

Xəbər lenti