Əsas məzmuna keç

PESKOV: RUSİYA VƏ İRAN ARASINDA RAZILAŞMA ÜZƏRİNDƏ İŞ DAVAM EDİR

Rusiya ilə İran arasında hərtərəfli saziş üzərində iş davam edir.

Tezadlar.az bildirir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Bütövlükdə götürsək, bu iş davam edir”, – deyə o aydınlaşdırıb.

Eyni zamanda, Peskov qeyd edib ki, Tehranda prezident seçkilərinə hazırlığı nəzərə alaraq, qrafik bir qədər dəyişir.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin ikinci Asiya departamentinin direktoru Zamir Kabulov da prosesin iranlı tərəfdaşlarla yaranan problemlərə görə dayandırıldığını qeyd edib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…