Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
14 Fevral 2024 / 11:57

PESKOV: RUSİYANIN UKRAYNADAKI MÜNAQİŞƏNİ “DONDURMAQ” CƏHDLƏRİ İLƏ BAĞLI İDDİALARI HƏQİQƏTƏ UYĞUN DEYİL

Rusiyanın ABŞ-a Ukraynadakı münaqişəni “dondurmaq” təklifləri ilə müraciət etməsi ilə bağlı iddialar yalandır.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.

Daha əvvəl “Reuters” mənbələrə istinadən məsələnin Moskva və Vaşinqton arasında vasitəçilər vasitəsilə müzakirə edildiyini bildirmişdi. Eyni zamanda, agentliyin həmsöhbətləri Vaşinqtonun onun aldığı iddia edilən təklifi rədd etdiyini bildiriblər.

Peskov nəşrlə bağlı suala “Bu doğru deyil” deyə cavab verib.

​ E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!