21 Noyabr 2025 / 17:12

Peskov Zelenskini hədələdi: “indi qərar verməlidir, yoxsa gec olacaq…”

“Ukrayna hakimiyyəti sülh nizamlanması ilə bağlı dərhal qərar verməlidir, əks halda SONRA çox gec olacaq….”. TEZADLAR.AZ “kOMSOMOLSKAYA PRAVDA”YA İSTİNADLA BİLDİRİR Kİ, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov belə bir hədələyici bəyanatla çıxış edib. Onun sözlərinə görə, Rusiyanın hücum əməliyyatları Zelenskini “danışıqlar aparmağa və bunu elə indi etməyə” sövq etməlidir. Kreml rəsmisi vurğulayıb ki, Rusiya silahlı qüvvələrinin hücum əməliyyatlarının gedişatı zamanı Ukrayna ərazilərini itirdikcə, onun üçün qərar qəbul etmə azadlığının imkanları daralır. Sitat: “Məhz bu, Zelenskini və onun rejimini sülh yolu ilə nizamlanmaya məcbur etmək cəhdidir. Bunu davam etdirmək onlar üçün mənasız və təhlükəlidir. Rejim məsuliyyətli qərar qəbul etməli və bunu indi etməlidir”.

Zelenskinin Peskova cavabı isə sərt olub: “Uduzan Rusiyadır, onun ordusudur…”.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!