Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Minab rayonunun “Şəcərəyi-Təyyibə” ibtidai məktəbində baş vermiş bu sarsıdıcı faciə və ABŞ ilə İsrailin qeyri-mülki obyektlərə qarşı həyata keçirdiyi hücum nəticəsində onlarla məsum şagirdin şəhadəti İran xalqının, eləcə də dünyanın vicdanlı və azad insanlarının qəlbini dərin kədərə qərq edib”. Tezadlar.az xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkianın bu mesajı İranın Azərbaycandakı səfirliyinin “Telegram” kanalında yayılıb. Sitat: “Bu vəhşi və insanlıqdan uzaq əməl, bu torpağa qarşı törədilmiş saysız-hesabsız cinayətlərin qara salnaməsində daha bir səhifə olmaqla, xalqımızın tarixi yaddaşından heç vaxt silinməyəcək” , Pezeşkian bildirib.
Prezident bu hücumu pisləməklə yanaşı, baş vermiş ağır müsibət münasibətilə övladlarını itirmiş ailələrə, Minabın şərəfli xalqına, eləcə də bütün İran millətinə dərin hüznlə başsağlığı verib: “Eyni zamanda regionda fəaliyyət göstərən bütün xilasetmə, tibbi və aidiyyəti qurumlardan istəyirəm ki, bütün mövcud imkanlarını səfərbər edərək bu faciə zamanı xəsarət almış şəxslərin vəziyyətinə təxirəsalınmadan, fasiləsiz və ən yüksək prioritetlə baxılmasını, habelə zərərçəkmiş ailələrin hərtərəfli qayğı ilə əhatə olunmasını təmin etsinlər” , – mesajda qeyd olunub.
Qeyd: İranın cənubundakı Minab şəhərində ABŞ və İsrailin endirdiyi zərbə nəticəsində məktəbin təxminən 160 şagirdi həlak olub.