Pezeşkian istefa ərizəsini İranın dini liderinə təqdim edib, amma…

Oxunma sayı: 32

İran mənbələri xəbər verir ki, Prezident Məsud Pezeşkian istefa ərizəsini ölkənin ali dini lideri Ayətullah Əli Xameneiyə təqdim edib. Lakin ali dini lider bu addımı qəti şəkildə rədd edərək deyib ki, prezidentin gedişi İranı həm beynəlxalq ictimaiyyətin, həm də öz xalqının gözündə “zəiflədəcək”. Tezadlar.az FARS Agentliyinə istinadla xəbər verir ki, Pezeşkianın istefa qərarı ölkədə maliyyə nazirinin işdən çıxarılması və vitse-prezidentin istefası ilə daha da kəskinləşən siyasi böhran fonunda baş verib. Mənbələrin bildirdiyinə görə, Xamenei Pezeşkianın getməsinə icazə verməyəcəyini açıq şəkildə bəyan edib. Pezeşkianın Ayətullah Xameneinin mövqeyini qəbul edib prezident vəzifəsinə davam edib-etməyəcəyi qeyri-müəyyən olaraq qalır. Daha bir məlumata görə, İran Prezidenti Məsud Pezeşkian Tehranın nüvə sazişi ətrafında bağlı ABŞ ilə dialoqu bərpa etməyə hazır olduğunu bildirib, lakin ölkənin ali rəhbəri Seyid Əli Xamenei buna qarşı çıxıb.

 Qeyd edək ki, İranın strateji məsələlər üzrə vitse-prezidenti Məhəmməd Cavad Zərif, iqtisadiyyat və maliyyə naziri Əbdülnasir Hemmatinin impiçment elan edilməsindən sonra istefa verib.

Xəbəri paylaş

21 Aprel