7 Mart 2026 / 11:49

Pezeşkian üzr istədi: “İran daha qonşu ölkələrə hücum etməyəcək və…”

Nəhayət, gec də olsa, üzrxahlıq gəldi: İran daha qonşu ölkələrə hücum etməyəcək. Tezadlar.az xəbər verir ki, bu barədə bu gün İran Prezidenti Məsud Pezeşkian videomüraciətində bildirib. Onun sözlərinə görə, Müvəqqəti Rəhbərlik Şurası dünən qonşu ölkələrə hücum etməmək və ərazilərindən İrana hücum olmadığı təqdirdə, raket və dron atmamaqla bağlı qərar qəbul edib. Sitat: “Bizim region ölkələri ilə düşmənçiliyimiz yoxdur, qonşularımızdan üzr istəyirəm. İrana hücum olmasa, qonşu ölkələrə heç bir hərbi müdaxilə edilməyəcək. Silahlı Qüvvələrimiz müstəqil fəaliyyət göstərərək ölkənin şərəfini qoruyub”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!