9 Aprel 2025 / 12:20

Piramidaların altında uzanan o dəhlizlər hara çıxır?

Mart ayının 27-də Florida Konqres üzvü Anna Paulina Luna öz paylaşımı ilə  ictimaiyyətin diqqətini çəkib. Belə ki, A.Paulina italiyalı tədqiqatçıların Misirin Giza piramidalarının altında 1200 metrdən çox uzanan nəhəng yeraltı şəhər aşkar etdiklərini bildirib. Hətta məlumatda bildirilib ki, aşkarlanan şəhər piramidaların özündən 10 dəfə böyükdür.

İtalyan alimlər bildirirlər ki, yeraltı şəhərlərin varlığına dair məlumatları peyk radarları və yeraltı seysmik hərəkətlər əsasında kiçik titrəyişlərdən əldə ediblər. Bu yeni radar texnologiyası fiziki qazıntılar olmadan yeraltı təbəqələrin üçölçülü təsvirini almağa imkan verir.

Araşdırmaya görə, Giza piramidalarının altında 640 metr hündürlükdə səkkiz şaquli silindrik quruluş var. Bu strukturlar piramidaların hər biri üçün ayrıca tapılıb. Bundan əlavə, 1220 metr dərinlikdə digər naməlum strukturlar aşkar edilib.

Bu məlumatlar çoxları tərəfindən birmənalı olaraq qarşılanmayıb. Dövlət rəsmiləri belə konkret açıqlama verməyib. İtalyan alimlərinin könüllü olaraq Misir piramidalarının içərisində arxeoloji qazıntılar aparmaq istəklərinə də heç bir rəsmi cavab olmayıb.

“Təzadlar” olaraq apardığım jurnalist araşdırmalarına əsasən məqamında onu da bildirimki, hələ 1990-cı ildə Misir piramidalarının içərisində yerin altına doğru pilləkanların olduğu aşkar edilmişdir. Hətta o pilləkanlarla aşağıya doğru enilmiş, şəkillər çəkilmiş və tədqiqatlar aparılmışdır. O zaman sözügedən məkanda gizli otaqların və uzun-uzadı müəyyən istiqamətlərə doğru çıxış yollarının olduğu aşkarlanmışdır. Divarlarda qədimi yazıların olduğu da sübuta yetirilmişdir. Hətta uzanan dəhlizlərin birinin üzərində Tanrının yolu yazısı da qeydə alınmışdır. Bununla yanaşı otaqlarda müxtəlif əşyalar, xəncərlər, saysız-hesabsız sikkələr, sandıq dolu ləl-cəvahiratlar, minlərlə insan skeletləri, saxsıdan, misdən və gümüşdən olan qab-qacaqlar tapılmışdır.

1990-cı ildə hansısa bilinməyən səbəbə görə aparılan “kəşfiyyat”qazıntılar qəflətən dayandırılmış, işçilər susdurulmuş və əllərində qeydə alınan dəlillər götürülmüşdür.

Bu yerdə istəmədən olsa da ağlımda belə bir sual yaranır. Görəsən inkar edilməyə çalışılan bu kimi faktlardan olmaya Misir əvvəldən xəbərdardır?

Hazırladı: Rövşanə

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!