Piyadanı vurub qaçdı, amma qanundan qaça bilmədi

Bu da bir fakt: Bakıda piyadanı öldürüb hadisə yerindən qaçan sürücü tutulub. Tezadlar.az xəbər verir ki, DİN-nin mətbuat xidmətinin yaydığı məlumata görə, hadisə Xətai rayonu, Məhəmməd Hadi küçəsində qeydə alınıb. Şamxal Şirinov idarə etdiyi BMV markalı avtomobillə Bahar Əsgərovanı vuraraq hadisə yerindən qaçıb. Qadın aldığı xəsarətdən hadisə yerində ölüb. Hadisəni törədən şəxs tutularaq istintaqa təhvil verilib. Faktla bağlı iki maddə üzrə cinayət işi başlanılıb.

Bəli, sürücü fürsəti əldən verməyərək hadisə yerindən qaçdı, amma qanunlardan qaça bilmədi və bundan sonra nə sözü varsa, istintaqda deyəcək…

A.Məmmədli

Xəbəri paylaş

Xəbər lenti