Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
16 Dekabr 2025 / 20:12

Polad Bülbüloğlunun yüksək qiymətləndirdiyi yeni ifa – VİDEO

Azərbaycanin məşhur tenoru, Əməkdar artist Ramil Qasimov “Azərbaycan” mahnisini yeni üslubda ifa edib. 

Azərbaycanımıza həsr olunmuş mahnılar sırasında bəstəkarı və müğənnisi, Xalq artisti Polad Bülbüloğlunun bəstələdiyi, Məstan Günərin sözlərinə yazılmış “Azərbaycan” əsəri özünəməxsus ruhu, dərin məzmunu və milli nəfəsi ilə illər keçsə də daim sevilən və seçilən sənət nümunələrindən biridir.

Maraqlıdır ki, bu ifanın ilk dinləyicisi görkəmli bəstəkar, Azərbaycan musiqisinin canlı əfsanəsi Polad Bülbüloğlu olub. Onun ifaya verdiyi müsbət rəy, xüsusilə əsərin final hissəsini yüksək qiymətləndirməsi Ramil Qasımov üçün böyük mənəvi dəyər daşıyır.
Qeyd edək ki, mahnı Azərbaycan Televiziyasının Yeni il proqramı üçün lentə alınıb. Artıq bu gündən etibarən “Azərbaycan” əsərini bütün aparıcı musiqi platformalarında Ramil Qasımovun ifasında dinləmək mümkündür.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!