Daxili İşlər Nazirliyi Polis Akademiyasına əyani təhsil üzrə:
III qrup – “Hüquqşünaslıq” (500 yer)
I qrup – “İnformasiya təhlükəsizliyi” (25 yer) ixtisaslarına kursant qəbuluna dair müsabiqə elan edir.
Tezadlar.azDİN-ə istinadən xəbər verir ki, müsabiqədə 16–18 yaşlı, tam orta təhsilli, boyu minimum 165 sm olan, hərbi xidmətə yararlı Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilərlər.
Sənəd qəbulu: 22 fevral 2026-dək (yaşayış yeri üzrə polis orqanlarında)
Təhsil müddəti 4 ildir, kursantlar dövlət hesabına yataqxana, geyim, yemək və təqaüdlə təmin olunur.
Ətraflı məlumat üçün:
(012) 454-12-78
(012) 590-97-76
(012) 590-99-47