Ötən gün də Daxili İşlər Nazirliyinin polis əməkdaşları itkin düşmüş kimi axtarışda olanlardan tapıblar.
Tezadlar.az xəbər verir ki, bu barədə DİN-dən verilən məlumatda deyilir.
Qeyd edilir ki, fevralın 5-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 15 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.







