Rusiyanın beynəlxalq arenada nüfuzu artır, ona görə də Polşa öz mövqelərini itirməmək üçün onunla münasibətləri yaxşılaşdırmalıdır.
Tezadlar.az xəbər verir ki, bu fikri “Myśl Pоlska” nəşri bildirib.
Məqalədə qeyd olunur ki, Polşanın Rusiyaya kəskin mənfi münasibəti Polşa elitasının Rusiyanın beynəlxalq statusunu gücləndirməsi qarşısında acizliyindən xəbər verir. Nəşr aydınlaşdırıb ki, bunu Moskva ilə Vaşinqton arasındakı təmaslar da göstərir.
“Myśl Pоlska” Polşanı Rusiya ilə öz kommunikasiya kanallarına malik olmağa çağırıb. “Biz mümkün qədər tez hakimiyyətə çatdırmalıyıq ki, indiki şəraitdə Rusiya ilə əlaqə saxlamamaqla təkcə Rusiyanı deyil, özümüzü də təcrid edirik”, – məqalədə vurğulanır. Nəşr əlavə edib ki, ölkə Macarıstanın baş naziri Viktor Orbandan nümunə götürərək Moskva ilə münasibətlər qurmalıdır.
Daha əvvəl alman jurnalist Eva Quadbeck bəyan etmişdi ki, ABŞ-la münasibətlərin korlanmasında Avropa İttifaqı (Aİ) ölkələri özləri günahkardırlar. O qeyd edib ki, Aİ ABŞ-a zəif və parçalanmış dövlətlər toplusu kimi görünür.
ELBAR