Polşa Baltik regionunda yeni hərbi əməliyyatlara başlayıb. Tezadlar.az “Avropa həqiqətləri”nə istinadla xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosiniak-Kamış məlumat yayıb. Nazir bildirib ki, ölkəsinin bu addımı Rusiyanın son təxribatlarına cavabdır.
Xatırlatma: ötən ay Polşa və Belarus sərhədində vəziyyət pisləşib. Belə ki, yüzlərlə qanunsuz miqrant Polşaya daxil olmağa çalışıb. Polşa hakimiyyəti miqrant axınında Rusiyanı günahlandırır.







