13 Fevral 2026 / 04:57

Polşa sualtı kabelinin zədələndiyini bildirir

Polşa ilə İsveç arasındakı sualtı kabel nasazlıq səbəbindən kəsilib.

Tezadlar.az xəbər verir ki, bu barədə Polşa Elektrik Şəbəkələrinin (PSE) mətbuat xidməti rəsmi saytında yazıb.

Hadisə 12 fevralda yerli vaxtla təxminən saat 20:00-da (Bakı vaxtı ilə saat 23:00) baş verib. Əlaqənin bərpası üçün işlərin cümə ilə şənbə (13-14 fevral) arasında gecəyə planlaşdırıldığı bildirilib.

Energetiklər terrorizmin mümkün hücum kimi istisna edildiyini qeyd ediblər. Onlar əlavə ediblər ki, kabelə dəyən ziyan qəsdən törədilməyib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!