15 Aprel 2025 / 14:45

Polşa Ukraynadan pul qazanmaq istəyir

Polşa Ukrayna ilə sadəcə olaraq həmrəy olmaq istəmir, ondan pul qazanmaq istəyir. Bunu Polşanın Baş naziri Donald Tusk deyib.

Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Biz daha sadəlövh şəkildə kömək etməyəcəyik. Belə olmayacaq ki, Polşa həmrəy olacaq, digərləri isə Ukraynanın bərpasından qazanc əldə edəcəklər”, – siyasətçi deyib.

Respublikanın Baş naziri vurğuladı ki, Varşava öz maraqlarını möhkəm müdafiə edərək pul qazanacaq.

Bundan əvvəl Polşa prezidenti Anjey Duda Amerika lideri Donald Trampı “Ukraynada sülh üçün ən yaxşı şans” adlandırmışdı. Dövlət başçısı həmçinin Trampın müttəfiqlərini onun tətbiq etdiyi tariflərlə bağlı sakit olmağa çağırıb. O, onları “şok terapiyası” adlandırıb.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!