Əsas məzmuna keç

Polşa Ukraynaya hərbi qulluqçu göndərmək fikrindən daşınıb

Polşa qoşunlarının Ukraynaya göndərilməsinin tərəfdarı olan Qanun və Ədalət (PiS) partiyasının rəhbəri Yaroslav Kaçinski fikrini dəyişib.

Tezadlar.az xəbər verir ki, o, bunu reallıqları dəyişdirməklə izah edib.

“Üç il əvvəl vəziyyət tamamilə fərqli idi. Bu gün bizim elə bir vəziyyətimiz var ki, Polşa cəmiyyəti belə bir əməliyyatı dəstəkləməyəcək”, – deyə o bildirib.

Kaçinski həmçinin Polşanın Belarusla sərhədinin qorunmasının vacibliyinə və “Kalininqrad vilayətindən gələn təhlükəyə” işarə edib.

“Və bu səbəbdən Ukraynaya hərbi birləşmələr göndərə bilmərik”, – o izah edib.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…