Əsas məzmuna keç

Polşada Putinin tənqidçisinin qətli ilə bağlı iki nəfər saxlanılıb

Polşada Rusiya Prezidenti Vladimir Putinin tənqidçisi Semyon Skrepetskinin qətlə yetirilməsi işi üzrə Gürcüstan vətəndaşı saxlanılıb. Tezadlar.az xəbər verir ki, bu barədə Polşanın xüsusi xidmət orqanlarına məsul nazir-koordinatoru Tomaş Semonyak sosial şəbəkədə məlumat yayıb. Onun sözlərinə görə, bu ilin iyun ayında Biala Podlyaska şəhərində Rusiya vətəndaşının qətlə yetirilməsi ilə bağlı aparılan istintaq çərçivəsində Daxili Təhlükəsizlik Agentliyinin əməkdaşları ikinci şübhəlini saxlayıblar. 22 yaşlı Gürcüstan vətəndaşı Robert K.-nın qətlinə kömək etməkdə və cinayətdə iştirakda şübhəli bilinir. Məhkəmə onun barəsində üç aylıq həbs qətimkan tədbiri seçib. Bildirilib ki, istintaq davam edir və iş üzrə yeni hallar ortaya çıxa bilər.

Qeyd edək ki, söhbət Vladimir Putinin tənqidçisi Semyon Skrepetskinin, əsl adı Robert Kuzovkovun qətlindən gedir. O, 2021-ci ildə Polşaya köçərək orada yaşamağa başlayıb. Xatırladaq ki, iyunun 18-də bu işlə əlaqədar daha bir Gürcüstan vətəndaşı – 36 yaşlı Elnur A. Varşava yaxınlığında saxlanılıb. Məhkəmə onun barəsində də həbs qətimkan tədbiri seçib. Avqust ayında isə həmin şəxsin daha bir qətl işi ilə əlaqəsinin ola biləcəyi barədə məlumat yayılıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…