Əsas məzmuna keç

Portuqaliya Fələstini tanıdı

Portuqaliya hökuməti Fələstini rəsmən tanıyıb.

Tezadlar.az xəbər verir ki, bu barədə SIC Notícias telekanalı məlumat yayıb.

“Portuqaliya Fələstin dövlətini rəsmən tanıyıb”, – bəyanatda deyilir.

Bundan əvvəl Kanada, Böyük Britaniya və Avstraliya hakimiyyəti Fələstini tanımışdı.

İsrailin baş naziri Benyamin Netanyahu Nazirlər Kabinetinin iclasında bəyan edib ki, Fələstin dövlətinin yaradılması İsrailin varlığını təhdid edir.

E.ŞİRİNOV

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…