Əsas məzmuna keç

PREZİDENT İLHAM ƏLİYEV MƏRAKEŞİN KRALINA BAŞSAĞLIĞI VERİB

Azərbaycan Prezidenti İlham Əliyev Mərakeşin Kralı VI Məhəmmədə bu ölkədə baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar başsağlığı verib.

Tezadlar.az xəbər verir ki, dövlətimizin başçısının bununla bağlı göndərdiyi məktubda qeyd edilib: “Mərakeşdə baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni son dərəcə sarsıtdı”.

Prezident İlham Əliyev faciə ilə əlaqədar Kral VI Məhəmmədə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Mərakeş xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara və xəsarət alanlara şəfa diləyib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…