Əsas məzmuna keç

PREZİDENT XARİCİ İŞLƏR NAZİRİNİ TUTDUĞU VƏZİFƏDƏN AZAD ETDİ

Abxaziya prezidenti Aslan Bjaniyanın mətbuat xidməti xəbər verir ki, dövlət başçısı xarici işlər naziri İnal Ardzinbanı tutduğu vəzifədən azad edib.

Bu barədə yerli mətbuat yazır.

Qeyd olunur ki, Bjaniya artıq müvafiq fərman verib. Sənədin mətninə əsasən, Abxaziya XİN rəhbərinin səlahiyyətləri xarici işlər nazirinin müavini İrakli Tujbaya həvalə edilib.

“Ardzinba İnal Batuviç Abxaziya Respublikasının xarici işlər naziri vəzifəsindən azad edilsin”, – sərəncamın mətnində deyilir.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…