Əsas məzmuna keç

PREZİDENT XHƏ İŞTİRAKÇILARINA VƏ ƏLİLLƏRƏ SUBSİDİYALAR VERİLMƏSİNİ TƏKLİF ETDİ

Rusiya prezidenti Vladimir Putin qazlaşdırma avadanlığına görə subsidiya alan vətəndaşların siyahısını genişləndirərək, xüsusi hərbi əməliyyat iştirakçıları (XHƏ) və birinci qrup əlilləri də əhatə etməyi təklif edib.

“Təklif edirəm ki, qaz avadanlığı və onun quraşdırılmasına görə subsidiya ala biləcək vətəndaşların siyahısı genişləndirilərək, bu siyahıya xüsusi hərbi əməliyyat iştirakçıları və onların ailə üzvləri, habelə birinci qrup əlillər və əlil uşaqları böyüdən ailələr daxil edilsin”, – o, Rusiya Enerji Həftəsinin (REH) plenar iclasında deyib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…