İlk dəfə olaraq “Qazaxıstanın ənbek sinirgen gym zhane kairatkeri texnici” (Qazaxıstanın elm və texnika üzrə əməkdar xadimi) adı verilmişdir.
TEZADLAR.AZ Akorda-ya istinadən xəbər verir ki, Qazaxıstan Respublikasının prezidenti Kasım-Jomart Tokayev bir qrup vətəndaşı dövlət mükafatları ilə təltif edib.
Bir sıra gənc alimə də mənzillərin açarları təqdim olunub.
Tədbirdə, həmçinin Qazaxıstan Respublikasının Prezidenti yanında Milli Elmlər Akademiyasının akademikləri – Jumabay Bakenov və Durvudxan Surağanın, eləcə də Bitki Biologiyası və Biotexnologiyaları İnstitutunun kiçik elmi işçisi Anastasiya Kapıtan çıxış ediblər.
Tokayev vurğulayıb ki, elmi inkişaf etmiş ölkə istənilən çağırışa tab gətirməyə qadirdir. O, Qazaxıstanın gələcəyinin vətənpərvər və yüksək ixtisaslı alimlərin əlində olduğunu xatırladıb və dövlətin bundan sonra da alimlərə hərtərəfli dəstək verəcəyini, onlara ən yaxşı şərait yaradacağını da diqqətə çatdırıb.
“ Bu zalda olanlar arasında görkəmli mütəxəssislər, ömrünü elmə və təhsilə həsr etmiş elm veteranları, istedadlı gənc alimlər var. Bir daha hər kəsə minnətdarlığımı bildirirəm”, – deyə Kasım-Jomart Tokayev yekunlaşdırıb.
JASMİN