Əsas məzmuna keç

PREZİDENT ONLAR ÜÇÜN GÜZƏŞTLİ AVTOMOBİL KREDİTLƏRİNİN GENİŞLƏNDİRİLMƏSİ İDEYASINI DƏSTƏKLƏYİB

Rusiya prezidenti Vladimir Putin baş nazirin müavini, Sənaye və Ticarət Nazirliyinin rəhbəri Denis Manturovun hərbi qulluqçular üçün güzəştli avtomobil kreditlərinin genişləndirilməsi təklifini dəstəkləyib. Müzakirə noyabrın 16-da Nazirlər Kabinetinin iclası çərçivəsində baş tutub.

Bildirilir ki, qeyd olunan müavinətləri alacaqlar sırasına səfərbər və hərbi qulluqçu ailələrinin üzvləri, xidmət keçmiş təqaüdçülər də daxildir.

“Düşünürəm ki, bu, çox vaxtındadır və vətəndaşlarımızda rezonans doğuracaq”, – Manturov əlavə edib.

Vladimir Putin təklifi dəstəkləyib və vurğulayıb ki, “belə etmək lazımdır”.

Görüş zamanı Rusiya prezidenti onu da qeyd edib ki, ruslar üçün avtomobillərin alınması daha əlçatan olmalıdır.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…