Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 20-də Gəncə şəhərində olublar. Tezadlar.az xəbər verir ki, dövlət başçısı və birinci xanım Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar. Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya şəhərdə aparılan tikinti-quruculuq işləri barədə məlumat verilib.