Ankarada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü başlayıb.
***
TEZADLAR.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya işgüzar səfərə gəlib.
Ankaranın Esenboğa Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Dövlətimizin başçısını Türkiyənin maliyyə naziri Mehmet Şimşek və digər rəsmi şəxslər qarşıladılar.