Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Elxan Oqtay oğlu İbrahimov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Tezadlar.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Qeyd edək ki, E.İbrahimov bu ilin noyabr ayının 12-də müvafiq sərəncamla həmin vəzifəyə təyin edilmişdi. Ötən ay Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Elxan İbrahimovun işdən çıxarılması haqda bəzi detallar məlum olub. Məlum olur ki, E.İbrahimov Kürdəmirdən bura təyinat alan kimi dərhal özəl şirkətlərdən qeyri-qanuni pul yığdığına görə vəzifəsindən azad edilib. Onun Nəsimi rayonunda yerləşən iri şirkətlərdən 100-200 min manat pul yığdığı məlum olub.
Qeyd edək ki, bir neçə gün əvvəl E.İbrahimovun yeni təyin etdiyi köməkçisi Ceyhun İsmayılov da elə məhz bu məsələyə görə işdən çıxarılıb.