Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İranda siyasi vəziyyət getdikcə pisləşir. İran Prezidenti Məsud Pezeşkian təhlükəsizlik qüvvələrini ölkə daxilində 10 gündən çoxdur davam edən etirazçılara qarşı maksimum təmkinli olmağa çağırıb. Tezadlar.az İRNA agentliyinə istinadla bildirir ki, prezident çıxışında deyib: “Hər hansı zorakı hərəkətlərdən və ya məcburiyyətdən qaçınmaq lazımdır. Son dərəcə təmkin tətbiq edilməli, dialoq və dinc ünsiyyət qurulmalı və İran xalqının tələblərinə əməl edilməlidir”.
Qeyd edək ki, yanvarın 8-də Tehran, Təbriz və Məşhəddə genişmiqyaslı nümayişlər keçirilir. Paytaxtda etirazçılar Ayətullah Kaşani bulvarında, Yusif və Azadi rayonlarında toplaşırlar. Onlar hökumət əleyhinə şüarlar səsləndirirlər və yaşayış şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.