“Prezidentlər razılaşıb, Bakı-Tbilisi sərnişin qatarı fəaliyyətə başlayır”

Oxunma sayı: 579

Mediada Bakı-Tbilisi-Bakı qatarının 26–28 may tarixlərində fəaliyyətə başlayacağı ilə bağlı xəbərlər yayılır. Tezadkar.az xəbər verir ki, Milli Məclisin deputatı Müşfiq Cəfərov sözügedən məlumatı təstiqləyib. O bildirib ki, Bakı-Tbilisi-Bakı qatarının açılması məsələsiylə bağlı tərəflər arasında artıq razılaşma əldə olunub.

Cəfərovun sözlərinə görə, bu razılıq Gürcüstan prezidentinin Azərbaycana səfəri zamanı qətiləşdirilib: “Tarixin isə 26-28 may olaraq müəyyənləşdirilməsi də 26 may Gürcüstan, 28 may isə Azərbaycanın müstəqillik günü olmasıyla əlaqədardır. Amma Bakı-Tbilisi-Bakı qatarının fəaliyyətə başlamasını da quru sərhədlərin açılması kimi dəyərləndirilməməlidir. Onun hansı rejimdə və necə işləməsi barədə aidiyyəti qurumlar məlumat yayacaq. Çox güman hələ ki, məhz qatarların hərəkət qaydası dəqiqləşdirilmədiyi üçün rəsmi məlumat verilməyib”, – deyə millət vəkili qeyd edib.

Xəbəri paylaş

22 İyun